Ukrayna ordusu Donetsk və Luqanskda düşmənin 18 hücumunu dəf edib

Məlumata görə, hücumlar zamanı 13 tank, 8 artilleriya sistemi məhv edilib. GAXA-nın xəbərinə görə, bu barədə Ukrayna Baş Qərargahı xəbər yayıb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, gün ərzində ukraynalı müdafiəçilər Donbasda düşmənin 18 hücumunu dəf ediblər.

“Təkcə Donetsk və Luqansk istiqamətində son günlər ukraynalı müdafiəçilər düşmənin on səkkiz hücumunu dəf edib, on üç tankı, səkkiz artilleriya sistemini, iyirmi yeddi ədəd zirehli texnikasını, iki vahid xüsusi mühəndis texnikasını və beş düşmən texnikasını məhv ediblər”, - deyə bəyanatda deyilir.

Qərargahın məlumatına görə, hava hücumu qüvvələrinin hava hücumundan müdafiə bölmələri 7 hava hədəfini vurub.

“Son sutka ərzində 7 hava hədəfi - beş Orlan-10 pilotsuz uçuş aparatı, bir Ka-52 helikopteri və bir qanadlı raket məhv edilib. “Təkcə Donetsk və Luqansk istiqamətində ukraynalı müdafiəçilər düşmənin 18 hücumunu dəf edib, 13 tankı, 8 artilleriya sistemini, 27 ədəd zirehli texnikasını, 2 ədəd xüsusi mühəndis texnikasını və 5 düşmən texnikasını məhv ediblər”, - məlumatda deyilir.

GAXA.ge