Marneulidə məscid tikintisi yarımçıq qalıb, süni problemlər mövcuddur
Dünən
Marneulidəki Axlı Lələ kəndinin əhalisi kənddə məscid tikintisinin
dayandırılmasına etiraz olaraq aksiya keçiriblər. GAXA-nın məlumatına görə,
tikinti hökumət tərəfindən inşa edilmir. Kənd əhalisinin aldığı həyətyanı sahədə
tikilir. Sakinlər tikintiyə Marneuli rayon meriyası tərəfindən kömək
olunmamasını deyirlər.
Dünən tikinti
ilə bağlı həmin kəndə Bütün Gürcüstan Müsəlmanlar İdarəsinin şeyxi Hacı Ramin
İgidov çağırılıb. O, yarımçıq qalmış tikilinin yanında kənd sakinləri
ilə görüşüb. Söhbət zamanı sakinlər etirazları haqqında ona ətraflı məlumat
veriblər.
Şeyx R. İgidov sakinlərlə
görüşdə Axlı Lələ kəndində tikintisi dayandırılmış məscid haqqında Marneuli
meriyasına məlumat verildiyini bildirib. Bildirilib ki, tikintinin davam
etdirilməsinə mane olan əsas problem tikintiyə ayrılan ərazinin kənd təsərrüfatı
təyinatlı olmasıdır, yəni məscid elə yerdə tikilməlidir ki, ərazi qeyri kənd təsərrüfatı
sahəsi olsun.
Təəccüblüdür,
həmin tikiliyə ayrılan sahə şəxsi mülkiyyət hesab olunur və məscid tikintisinə
könüllü olaraq razılıq verilib. Tikintiyə mane olan isə tikintinin məscid adı ilə inşa
edilməsidir. Əsas problem də məhz budur. Axlı Lələ kənd sakinləri isə ibadət
üçün qonşu kəndlərə gedirlər. Onların tələbi isə tez bir zamanda tikiliyə hökumət
tərəfindən razılıq verilməsidir.
Doğrudan da əhalinin
tələbi süni problemdir. Bu problemi isə tez bir zamanda həll etmək mümkündür. Tikiliyə
razılığa gəlincə, meriya tərəfindən kənd əhalisinin tolantısını keçirmək və
onların razılığı ilə məscidin tikintisinini davam etdirmək üçün tikilini “Ağsaqqallar
Evi” adllandıraraq yarımçıq qalmış tikiliyə meriya xüsusi qərar vermək üçün
sakinlərlə razılığa gəlməlidir.
GAXA.ge


