Avropa hava limanlarında və təyyarələrində maska taxmaq məcburi olmayacaq

Avropa ölkələrinə səyahət edərkən hava limanlarında və təyyarələrdə maska ​​taxmaq artıq məcburi olmayacaq. GAXA-nın məlumatına görə, müvafiq qaydalar Aİ-də bu il mayın 16-dan qüvvəyə minəcək.

Qərar Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi və Avropa Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi tərəfindən qəbul edilib.

Məlumat SchengenVisaInfo.com saytında dərc olunub.

Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin icraçı direktoru Patrik Kim, "Gələn həftədən etibarən, bütün Avropada ictimai nəqliyyat üçün milli hökumətlərin dəyişən tələblərinə uyğun olaraq, uçuşlar zamanı maskaların taxılması məcburi olmayacaq" deyib.

Onun sözlərinə görə, bu qərar həm sərnişinlər, həm də ekipaj üzvləri üçün hava hərəkətinin normallaşdırılması baxımından mühüm addımdır. Bununla belə, o qeyd edib ki, sərnişinlər özlərini düzgün aparmalı, başqalarının seçiminə hörmətlə yanaşmalıdırlar.

Patrik Kimin sözlərinə görə, asqıran və öskürən sərnişinin hələ də maska ​​taxmasına üstünlük verilir.

GAXA.ge