2022-ci ilin aprel ayında İmereti xaçapurisinin qiyməti 5,86 lari olub

2022-ci ilin aprel ayında bir standart İmereti xaçapurisinin hazırlanmasının orta dəyəri 5,86 lariyə qədər artıb. GAXA-nın məlumatına görə, bu da 2022-ci ilin mart ayı ilə müqayisədə 0,4% və 2021-ci ilin aprel ayı ilə müqayisədə 30,7% çoxdur.

“İllik inflyasiyaya xaçapurinin bütün inqrediyentlərinin qiymətinin artımı təsir edib: süd - 12,4%, maya - 15,1%, yağ - 23,8%, pendir - 24,8%, yumurta - 29,7%, unun - 41,1%. Qiymət artımı rəsmi Geostat illik inflyasiya məlumatlarına uyğundur. Geostat-ın məlumatına görə, ərzaq kateqoriyasında qiymət artımı 21,3% təşkil edib.

Aylıq olaraq qiymətlər nisbətən ləng sürətlə artıb. Aşağıdakı məhsullar üzrə qiymətlər artıb: süd - 2,8%, yumurta - 2,3%, un - 1,3%, kərə yağı - 0,9%. Pendir (0,6%) və maya (0,8%) üçün bir qədər aşağı qiymət olub. Qeyd edək ki, xaçapuri indeksi çiy süd istehsalının ənənəvi mövsümi tendensiyasını bu dəfə də izləyir, böyük oruc başlayandan sonra tələb tərəfində kiçik azalma müşahidə olunur.

Qarşıdakı aylarda süd məhsullarının qiymətlərində azalma gözlənilir ki, bu da istehsalın mövsümi artımı ilə əlaqədar olacaq. Bununla belə, çox güman ki, ərzaq qiymətlərində inflyasiya hələ də yüksək olacaq, çünki buğda və digər əsas ərzaq məhsullarının qiymətləri artıb”, -  hesabatda bildirilir.

GAXA.ge