Bu gün qocaman və ustad jurnalist Dünyamalı Kərəmin 102 yaşı tamam olub
Bu gün
qocaman və ustad jurnalist Dünyamalı Kərəmin 102 yaşı tamam olub, onun Ad
Günüdür!
Bu gün 102
yaşı tamm olan qocaman jurnalistə cansağlığı, uzun ömür və daha çox yaşamasını
arzulayırıq! Dünyamalı Kərəm Gürcüstanın hər cür mükafatlarına sahib olub. İstər
“Şərəf” ordeni, istərsə də Əməkdar jurnalist fəxri adına layiq görülüb. Biz
onun yubileylərini Borçalıda təntənəli şəkildə qeyd etməyi planlaşdırırdıq.
Onun 65 yaşını qeyd edəndə ziyalılarımız toplaşdıq və onun yubileyini qeyd
etdik.Təəssüf ki, pandemiya araya düşdü deyə onun 100 illik yubileyini qeyd edə
bilmədik. Buna baxmayaraq biz Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevə təşəkkür
edirik ki, o, qocaman jurnalist Dünyamalı Kərəmi evində 100 ildən çox olan
tarixi yaşı münasibətilə təbrik etdi. Bizim hamımız belə olmalıyıq. Bu gün
qocaman jurnalistimizin 102 yaşı bizim üçün tarixin hədiyyəsidir ki, Dünyamalı
Kərəm hələ bilmədiyimiz faktlarla dolu ömür yolundan söhbət açır, hətta yenə də
şeirlər yazır. Hələ də həyətyanı torpaq sahəsində təsərrüfatda çalışan qocaman
jurnalist uzaqdan görünən Qoçulu qalasına baxaraq ilham alır və qələmi yerə
qoymur, bizə tarixi həqiqətlərdən məlumat verir!
Qocaman
jurnalist vaxtilə “Kommunist”, “Sovet Gürcüstanı” qəzetlərində çalışıb. O, hətta
“Kommunist” qəzetinin Qarabağ üzrə xüsusi müxbir vəzifəsində fəaliyyət göstərib,
dövrün, zamanın keşməkeşli günlərindən cəsarətli yazılar qələmə alıb.
Allah
cansağlığı versin! Dünyamalı müəllim hələ də gümrahdır. Hərdən zəngləşirik.
Dostlardan, ötən illərdə çalışdığı jurnalist sənətkarlığından söhbət açır,
arabir bəzi gileylərini də bildirir. Bu gün onun 102 yaşı münasibətilə Azərbaycan
Mətbuat Şurasının sədri Əflatun Amaşov, vaxtilə “Sovet Gürcüstanı” qəzetində
bir yerdə işləmiş, hazırda Bakı Dövlət Universitetinin professoru, qocaman
jurnalist-alim Həmid Vəliyev, gənc alim-jurnalist Müşfiq Borçalı,
şair-publisist Güllü Eldar Tomarlı, şair-həkim Azadə Taleh Abbasqızı,
ziyalılarımızdan İsmayıl Həkimli, Sabir Mahmudov və digər qələm sahibləri onu təbrik
edir və salamlarını göndərir, cansağlığı arzulayırlar.
Gəlin, biz
oxucular, Dünyamalı Kərəmi tanıyanlar 102 yaşlı qocaman jurnalisti təbrik edək,
ona uzaqlarda olsaq da quruca salam göndərərək onun qoca qəlbini isindirək, hələ
yaşa-yarat deyək!
Nizami Məmmədzadə,
Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri, Azərbaycanın Əməkdar
jurnalisti