Tiflisdə Saakaşvilinin tərəfdarları zəncirvari aksiya keçiriblər

Bu gün paytaxt Tiflisdə “Qızılgül inqilabı”na həsr olunmuş aksiya keçirilib. GAXA-nın məlumatına görə, simvolok aksiyada Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin tərəfdarları, partiya üzvləri və Saakaşvilini dəstəkləyən paytaxt sakinləri, Tiflisə yaxın rayonlardan gələn ictimai fəallar iştirak ediblər. Əllərində qırmızı qızılgüllər, Gürcüstan və Aİ bayraqları tutan tədbir iştirakçıları canlı zəncir şəkilində Azadlıq Meydanından başlayaraq indiki Birinci Respublika meydanına qədər addımlayıblar. Canlı zəncir iştirakçıları tərəfindən "Sakartvelo!", “Mişa! Mişa!”, "Mişaya azadlıq!" şüarları səsləndirilib və çıxışlar edilib. Aksiya iştirakçıları çıxışlarında 23 noyabrda baş verən “Qızılgül inqilabı"nın tarixi əhəmiyyəti və bu tarixi hadisənin yaddaşlardan silinmədiyini xatırladıqlarını bildiriblər. Aksiya yerinə polis patrul əməkdaşları cəlb edilib.

Aksiyada canlı zəncir iştirakçıları Rustavel prospekti boyu nəqliyyatın hərəkətinə mane olmayıblar. Onlar yalnız "Qızılgül inqilabı"nın qəhrəmanı, üçüncü prezident Mixail Saakaşvilinin azad edilməsini tələb ediblər. Canl zəncir aksiyasına minlərlə insan qatılıb. 

GAXA.ge