Prezident İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunması Azərbaycan xalqına və onun Liderinə verilən yüksək qiymətdir

“Türk Dünyasının Ali Ordeni” Azərbaycan Prezidenti İlham Əliyevə noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim edilib. 

Gürcüstanın Azərbaycanlı Jurnalistlər Birliyinin sədri, gaxa.ge informasiya portalının rəhbəri, Azərbaycanın Əməkdar jurnalisti Nizami Məmmədzadə “Türk Dünyasının Ali Ordeni”nin təltif edilməsi ilə bağlı AZƏRTAC-a açıqlama verib. Aşağıda həmin açıqlamanı oxucularımıza təqdim edirik:

Tbilisi, 22 noyabr, AZƏRTAC

Prezident İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunması Azərbaycan xalqına və onun liderinə verilən yüksək qiymətdir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Gürcüstanın Azərbaycanlı Jurnalistlər Birliyinin sədri, gaxa.ge informasiya portalının rəhbəri, Azərbaycanın Əməkdar jurnalisti Nizami Məmmədzadə söyləyib.

O qeyd edib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü, eləcə də ali ordenin təqdimat mərasimi bütün dünya dövlətləri tərəfindən diqqətlə və maraqla izlənilirdi.

Ali ordenin Prezident İlham Əliyevə təqdim edilməsi Gürcüstanda yaşayan digər soydaşımız tərəfindən böyük sevinc və coşqu ilə qarşılandı.

“Bu yüksək mükafatın Azərbaycanın dövlət başçısına təqdim olunmasının səbəbi hamıya bəllidir. Otuz ilə yaxın müddətdə işğal altında qalan torpaqların Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu tərəfindən cəmi 44 günlük müharibə nəticəsində azad olunması, azğın erməni silahlı birləşmələrinin darmadağın edilməsi böyük tarixi Zəfərdir”, – deyə N.Məmmədzadə vurğulayıb.

Azərbaycanın Zəfər Günü tarixə qızıl hərflərlə yazılıb. Bu bayram təkcə Azərbaycanda deyil, bütün dünyada qeyd olunacaq. Gürcüstanda yaşayan soydaşlarımız bu bayramı, eləcə də Azərbaycan Prezidentinin “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunmasını hər il təntənə ilə qeyd edəcək. Bu, bizim sarsılmaz birliyimizin, əzmkarlığımızın qələbəsidir.

Bu ordenin dövlətimizin başçısına təqdim olunması bir daha təsdiqləyir ki, Azərbaycan güclü dövlətdir, Azərbaycan iqtisadiyyatını sürətlə inkişaf etdirir, böyüdür və bütün dünyada mövqelərini möhkəmləndirir.

N. Məmmədzadə qeyd edib ki, Vətən müharibəsində düşmənlə döyüşlərdə Borçalıdan olan əsgər və zabitlər də iştirak edib, onlardan 18 nəfəri şəhid olub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

P.S. AZƏRTAC-a açıqlama üçün əlaqə yaratmaqda kömək edən gənc tələbə jurnalist Könül İsmayıllıya təşəkkür edirik.

GAXA.ge