Gürcüstanda polis tərəfindən odlu silah və sursat götürüb

Daxili İşlər Nazirliyinin əməkdaşları Tiflisdə və Gürcüstanın bir sıra regionlarında - Şida Kartli, Samsxe-Cavaxeti, Kaxeti, Mtsxeta-Mtianeti şəhərlərində qanunsuz odlu silah və sursatlar götürüblər. GAXA-nın məlumatına görə, bu barədə daxili işlər nazirliyi məlumat verib. Bildirilib ki, qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etmə, saxlama və gəzdirmə ittihamı ilə 13 nəfər saxlanılıb.

Saxlanılan şəxsləri 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə gözləyir.

“Qeyri-qanuni olaraq odlu silah və döyüş sursatı əldə etmə, saxlama və gəzdirmə faktları Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü və 4-cü hissələrinə uyğun olaraq araşdırılır”, - Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

GAXA.ge