Tiflisdə Azərbaycanın Zəfər Günü bayramında Ulu Öndər Heydər Əliyevin büstü ziyarət edilib

Tiflisin Ortacala ərazisində Zəfər Gününə həsr olunmuş daha bir tədbir keçirilib. GAXA-nın məlumatına görə, bu gün paytaxt Tiflisdə Ulu Öndər Heydər Əliyevin büstü rəsmi şəxslər və ziyalılar tərəfindən ziyarət edilib və onun əziz xatirəsi əklillər və gül dəstələri ilə xüsusi ehtiramla yad edilib.

Ulu Öndərin büstünün ziyarət edilməsi 8 Noyabr- Zəfər Gününün Azərbaycan tarixinin yeni səhifəsinə qızıl hərflərlə yazıldığı möhtəşəm bir günə həsr olunduğu vurğulanıb.

Qeyd edək ki, məhz bu gün Ulu Öndər Heydər Əliyevin tarixə yazılmış yaddaşlara hopan mədəniyyətimizin beşiyi Şuşanın azad olunması vəsiyyəti “Dəmir Yumruq” tərəfindən, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun əsgər və zabitlərinin fədakar gücü və qəhrəmanlığı ilə şərəflə yerinə yetirilib.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev başda olmaqla səfirliyin məsul əməkdaşları, SOCAR nmüayəndəliyi və Gürcüstanda çalışan iş adamları iştirak ediblər.

GAXA.ge