Qardabanidə “Zəfərə doğru addımla” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Qardabani Gənclər Mərkəzinin təşkilatçılığı ilə baş tutan  “Zəfərə doğru addımla” müsabiqəsinin qalibləri mükafatlandırılıb. GAXA-nın məlumatına görə,müsabiqə bu gün “Qardabani Gənclər Mərkəzi”, “Gənclərin Töhfəsi” İctimai Birliyi və “Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi” İctimai Birliyinin birgə təşkilatçılığı, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Gənclər Fondu, Mənəvi Dəyərlərin Təbliği Fondu, Sosial Tədqiqatlar Mərkəzi və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə keçirilib.

“Zəfərə doğru addımla” layihəsi çərçivəsində 5 istiqamət üzrə müsabiqələrin mükafatlandırma mərasimi həyata keçirilib.

Mükafatlandırma mərasimində Azərbaycanının Gürcüstandakı səfirliyinin nümayəndəsi Sərxan İsmayılov, Türkiyənin Gürcüstandakı səfirliyinin nümayəndəsi Onur Sevim, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri Nəriman Əliyev, Sabit Məmmədov və Ceyhun Abbasov, Qardabani Gənclər Mərkəzinin icraçı direktoru Hacı Hacıyev, “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev, “Azərbaycan-Türkiyə Qida Təhlükəsiliyi” İctimai Birliyinin sədri və “Zəfərə doğru addımla” layihəsinin rəhbəri Məhsəti Hüseynova, “Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurası”nın sədri İshaq Novruzov, “Yaşılay” təşkilatının Gürcüstan üzrə sədri Zviad Koçalidze, “Yaşılay”ın idarə heyətinin üzvü Həcər Mustafayeva, “Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatı”nın sədri Musa Hacıyev və bir çox gənclər iştirak ediblər.

Rəsm müsabiqəsi üzrə Elmira Piriyeva 1-ci yer, Aysun Mamedova 2-ci yer, Sina Həsənova 3-cü yer, esse müsabiqəsi üzrə Aidə Astanova 1-ci yer, Nuru Baxışov 2-ci yer, Aysel Hümbətova 3-cü yer, flaşmob üzrə Qədir Sadıqov 1-ci yer, Elşən İsgəndərov 2-ci yer, Maryam Abuladze 3-cü yer, video üzrə Rüstəm Rüstəmov 1-ci yer, Həsən Quliyev 2-ci yer, Tsira Gvritişvili 3-cü yer, jurnalistlər arasında yazı üzrə Səlahəddin Piriyev 1-ci yer, Zaur Piriyev 2-ci yer, Malxaz Bolqvadze 3-cü yeri tutmuşdur. 1-ci yer üzrə qaliblərə planşet, 2-ci və 3-cü yer qaliblərə mobil telefonlar, digər iştirakçılara isə qol saatı, müxtəlif qiymətli hədiyyələr və diplomlar təqdim olunub.

Nəzərinizə çatdırırıq ki, layihənin 3 ölkə - Azərbaycan, Gürcüstan və Türkiyə üzrə yekun mərasimi dekabr ayında həyata keçiriləcək.

GAXA.ge