Ukraynalı jurnalist Dmitri Qordon Gürcüstana buraxılmayıb

Bu gün Gürcüstana gələn Ukraynalı jurnalist ölkəyə buraxılmayıb. GAXA-nın məlumatına görə, bu barədə jurnalist açıqlamasında bildirib. Onun sözlərinə görə, Ukrayna və Gürcüstan xarici işlər nazirlərin danışına əsasən nümayəndə heyəti Tiflisə gəlib. Jurnalistin məlumatına görə, Ukraynadan gələn nümayəndə heyətinin üzvlərinin pasportları yoxlanıldıqdan sonra ukraynalı jurnalist Dmitri Qordon Gürcüstana buraxılmayıb. Jurnalist Tiflis təyyarə limanında buraxılmamağın səbəbini öyrənmək istəyib. Tiflis təyyarə limanının direktor müavini Nodar Baramidze onun ölkəyə buraxılmamağının səbəbini açıqlamayıb.

Jurnalist D. Qordon bildirib ki, Gürcüstan hakimiyyəti onun həbsxanadan Saakaşvili ilə bağlı açıqlama verəcəyindən çəkiniblər. Jurnalist bildirib ki, o, indiyədək heç bir ölkədən deport edilməyib.

Məlumata görə, jurnalist D. Qordon ilə birlikdə Mixail Saakaşvilinin ofis rəhbəri Mariya Barabaş da Gürcüstana buraxılmayıb. Sonra hər iki şəxs gəldikləri təyyarə ilə Kiyevə qayıdıblar.

GAXA.ge