Saakaşvili həbsxanadan İvanişviliyə müraciət edib

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili həbsxanadan “Gürcü Arzusu”nun yaradıcısı Bidzina İvanişviliyə məktubla müraciət edib. GAXA-nın məlumatına görə, o, müraciətində bildirib:

“Pəncərəni aç, məni burax, telefonu götürdün, məhkəmədə yox, siz hətta məni xəstəxanaya aparmağa qorxursunuz. “Əgər həqiqətən də cəsarətiniz olsaydı, məni pullu mitinqinizə dəvət edərdiniz və orada, gətirdiyiniz adamların qarşısında debat keçirərdiniz”, - deyə Mixail Saakaşvili bildirib.


Xatırladaq ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili oktyabrın 1-də Tiflisdə həbs edilib. O, Rustavidə yerləşən 12-ci Cəzaçəkmə Müəssisəsində saxlanılır.

Saakaşvili deyir ki, o, siyasi məhbusdur və etiraz olaraq həbs olunduğu gündən aclıq aksiyası keçirir.

Patriarx II İlya, sonra isə atası Nikoloz Saakaşvili Mixail Saakaşvilidən aclıq aksiyasını dayandırmağı xahiş etsə də, üçüncü prezident etiraz formasını dəyişməyib.

GAXA.ge