Gürcüstanda 18 yaşadək 103,9 min yeniyetmə koronavirusa yoluxub

 Pandemiyanın başlandığı gündən Gürcüstanda 18 yaşadək 103,9 min yeniyetmə koronavirusa yoluxub. GAXA-nın məlumatına görə, bu barədə Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bu gün keçirdiyi brifinqdə məlumat verib. Məlumata görə, yeniyetmələr koronavirusa yoluxanların ümumi sayının 15%-ni təşkil edir.

Ümumilikdə, pandemiyanın başlanğıcından Gürcüstanda 698 944 yoluxma halı laboratoriyada qeydə alınıb.

Yoluxmuş yeniyetmələr haqqında danışan Qamrkelidze xatırladıb ki, 6979 yoluxmuş adam xəstəxanada müalicəyə ehtiyac duyur. Koronavirusun təsirindən 9 uşaq dünyasını dəyişib.

"Üç yeni doğulmuş körpədən başqa, qalanların hamısında ciddi müşayiət olunan genetik xəstəliklər var idi" deyə Qamkrelidze bildirib.

Koronavirusun Hindistan ştammın Gürcüstanda yayılması ilə uşaqlar və yeniyetmələr arasında yoluxma halları da artıb.

Yeni hallar uşaq bağçaları və məktəblər açılandan sonra yaranıb. Uşaq bağçalarında tədris prosesinə oktyabrın 4-dən başlanılıb. Məktəblər sentyabrın 15-də onlayn təhsilə başladılar və oktyabrın 4-dən etibarən şagirdlərin valideynləri distant təhsil və sinifdə təhsil arasında seçim edə biləcəklər.

Oktyabrın 11-dən Gürcüstanda 12-15 yaşlı xroniki xəstəlikləri olan uşaqların peyvənd edilməsi prosesinə başlanılıb. Peyvənd 16 yaşından etibarən bütün yeniyetmələr üçün də icazə verilir - bu, yalnız Pfizer ilə aparılır.

Mütəxəssislər valideynləri peyvənd etməyə çağırır ki, uşaqları mümkün qədər təhlükəsiz mühitdə əhatə olunsun.

GAXA.ge