“Avrora” qasırğası Fransa, Hollandiya və Almaniya üçün problemlər yaradıb

“Avrora” qasırğası Şimali Fransa, Almaniya və Hollandiya ərazilərində təhlükə yaradıb. GAXA-nın xarici mətbuata istinadən məlumatına görə, Fransada 120 min ev işıqsız qalıb və yerli sakinlər zədələnmiş elektrik xətlərini təmir etmək üçün təxminən 4000 texnika çağırıb. Güclü külək dəmir yolu və hava nəqliyyatını da çətinləşdirib. Aşan ağaclar yolu bağlayıb.

"Aurora" qasırğası gecə saatalarında baş verib. Qasırğa zamanı külək saatda 175 kilometr sürətlə əsib. Nəqliyyat naziri Jan-Batist Gebali bildirib ki, Parisin İle-de-Frans bölgəsində - ən çox Normandiya, Fransanın şimalı və şərqi Lotaringiya ətrafında ciddi fəsadlar törədib.

Fransanın bəzi bölgələrində bir çox evi su basıb.

Qasırğa Almaniyada da olub. Ölkənin şərq hissəsində təxminən 50 min ev, əsasən Saksoniya, Saksoniya-Anhalt və Türingiya da elektriksiz qalıb. Məlumata görə, ölkənin digər bölgələrində dəmir yolu hərəkəti dayandırılıb. Dəmir yolu şirkəti sərnişinləri səyahətlərini təxirə salmağa çağırıb.

Bu arada, qonşu Hollandiyada mini tornado nəticəsində 4 nəfərin xəsarət aldığı bildirilir. Qasırğa bir çox ağacı yıxıb. Burada Meteorologiya Xidməti güclü qasırğa ilə bağlı əhaliyə xəbərdarlıq edib.

GAXA.ge