Gürcüstanda 100 -dən çox məktəb və 600 -dən çox sinif distant təhsilə keçib

Gürcüstand bu günə qədər 100-dən çox məktəb distant təhsilə keçib.GAXA-nın məlumatına görə, bu barədə Gürcüstanın təhsil nazirinin müavini Nunu Mitskeviç jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, statistika vaxtaşırı yenilənir.

“Bildiyiniz kimi, hər cümə günü statistik məlumatlar yenilənir. Bu günə kimi 100-dən çox məktəb və 600-dən çox sinif otağı distant rejimdə fəaliyyət göstərir”,-deyə nazir müavini bildirib.

GAXA.ge