Gürcüstandakı səfirlik Azərbaycan Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunan marafon təşkil edəcək

Azərbaycanın Gürcüstandakı səfirliyi Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası Gününün 30 illiyinə həsr olunan marafon təşkil edəcək. GAXA-nın məlumatına görə, bu barədə səfirlik xəbər yayıb.

Tiflisdə keçiriləcək marafon SOCAR-ın Gürcüstandakı nümayəndəliyi, Azərbaycanlı İş Adamları Assosiasiyası (AZEBI), Azərbaycan Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Xırdalan Musiqi Məktəbi, Bakı Marafon Klubu, Gürcüstan Azərbaycanlı İdmançılar Birliyi (GAİB) və Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə birlikdə təşkil olunacaq.

Səfirlikdən bildiriblər ki, marafon oktyabrın 17-də saat 10:00-da Tiflisdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan parkdan (ünvan: V.Qorqasali №4) başlayacaq və Rustavi şəhərindəki parkda (ünvan: M.Kostava №12) başa çatacaq.

Marafonda yaşı 18-dən yuxarı şəxslər iştirak edə bilərlər. Marafonda 30 kilometr məsafəni uğurla qət edərək ilk üç yeri tutan şəxslər səfirlik tərəfindən diplom və müxtəlif hədiyyələrlə, həmçinin finiş nöqtəsinə çatan digər müsabiqə iştirakçıları da sertifikatlarla təltif olunacaqlar.

Marafonda iştirak etmək istəyən şəxslərdən oktyabrın 16-dək səfirliyin [email protected] elektron poçt ünvanına yazılı müraciət edərək və ya (+995) 577-60-60-06 nömrəsi ilə əlaqə saxlayaraq qeydiyyatdan keçmələri xahiş olunur.

GAXA.ge