Marneulidə Mixail Saakaşviliyə azadlıq aksiyası keçirilib

Azərbaycanlıların kompakt yaşadığı Marneulidə  axşam saatlarında Şulaveri kəndindən başlayaraq, Marneuliyə kimi "Mişaya azadlıq!" şüarı ilə aksiya keçirilib. GAXA-nın məlumatına görə, tədbirdə "Vahid Milli Hərəkat" partiyasının fəalları, ziyalılar və Marneuli sakinləri iştirak ediblər. Aksiya gecə saatlarında Marneulinin mərkəzində davam edib. Tədbir iştirakçıları Gürcüstanın üçüncü Prezidenti Mixail Saakaşvilidən aclıq aksiyasına son verməyini xahiş ediblər. Qeyd edək ki, iştirakçılar çıxışlarında bütün Gürcüstan vətəndaşlarını Tiflisdə oktyabrın 14-də baş tutacaq "Mişaya azadlıq" adlı genişmiqyaslı aksiyaya dəvət ediblər.
Tədbir çərçivəsində Marneulinin Rustaveli küçəsi boyu  siqnal verə-verə, "Mişaya azadlıq!" deyə-deyə, Gürcüstan bayraqları dalğalandırılaraq avtomobil karvanları şütüyüb.

GAXA.ge