Gənc şair Mixail Saakaşviliyə şeir həsr edib

Əslən Borçalıdan olan gənc və istedadlı şair Azad Əbdürrəhmanov Gürcüstanın üçüncü Prezidenti Mixail Saakaşviliyə məzmunlu şeir həsr edib. Şair əzmindən dönməyən, aclıq aksiyasına baxmayaraq, gündən-günə mübariz mövqedə duran üçüncü Prezidentin əngəllərə qalib gələcəyini yazıb. Şair Mixail Saakaşvilini ürək kimi xalqa yaxın olan Prezident adlandırıb. O, nur-işıqlı yollarda ona uğurlar arzulayıb.

Mixail Saakaşvili
Yollarında əngəlləri.
Yıxdı Mixail Saakaşvili.
Yenə döyüş meydanına.
Çıxdı Mixail Saakaşvili.
Baxdı sevgi odusuna.
Qalib gəldi qorxusuna.
Yurda dönüş arzusuna.
Çatdı Mixail Saakaşvili.
Xalqa yaxın ürək kimi.
O, sevildi mələk kimi.
Siyasətdə şimşək kimi.
Çaxdı Mixail Saakaşvili.
Ad- sanı düşdü dillərə.
Qayda-qanunlara görə.
Bulaq olub, könüllərə.
Axdı Mixail Saakaşvili.
O, Günəşdi vətənmizə.
Tanrım bəxş eyləyib bizə.
Sevincini sevincmizə.
Qatdı Mixail Saakaşvili.
Canı, ruhu doğru yoldu.
Nur-işıqlı yol, uludu.
Haqq-ədalətin oğludu.
Haqdı Mixail Saakaşvili.
Azadlıqdı Azad bu yol.
Millət çoxdan çəkibdi qol.
Ölkəmizin rəhbəri ol.
Vaxtdı Mixail Saakaşvili.
08.10.2021. A. Azad.