Gürcüstanda oktyabrın 13-dən 17-dək havanın temperaturu yüksələcək

Oktyabrın 17 -dək Gürcüstanda əsasən yağmursuz hava gözlənilir. GAXA-nın məlumatına görə, bu barədə Milli Ətraf Mühit Agentliyi xəbər yayıb.

Qərbi Gürcüstanın aran bölgələrində havanın temperaturu +23, +28 dərəcə olacaq.

Şərqi Gürcüstanda bu gün və sabah +15, +20 dərəcə müşahidə olunacaq, oktyabrın 13 -dən isə +22, +27 dərəcə olacaq.

Tiflisdə yağıntı gözlənilmir. Havanın temperaturu oktyabrın 12 -də 17, +19 dərəcə olacaq və oktyabrın 13 -dən etibarən +23, +25 dərəcəyə yüksələcək.

GAXA.ge