Dördüncü Prezident Marqvelaşvili: bu hökumətin Saakaşvilini mühakimə etməyə mənəvi haqqı yoxdur

"Gürcü Arzusu" orqanlarının üçüncü Prezident Saakaşvilini mühakimə etməyə heç bir mənəvi haqqı yoxdur. GAXA-nın gürcü mətbuatına istinadən məlumatına görə, bu barədə Gürcüstanın dördüncü Prezidenti Giorgi Marqvelaşvili bildirib. O, hesab edib ki, Saakaşvili həbsxanada  oturmamalıdır. 

"Bu, səlahiyyətlilərin mühakimə etməyə mənəvi haqqı olmayan bir prezident olaraq Gürcüstan üçün pisdir. Ona görə yox ki, (bir daha vurğulamaq istəyirəm), o, heç bir şeyi pozmadı. Mən onun heç bir şeydə günahkar olmadığını iddia etmirəm. Ancaq o məsələlərdə ittihamın bəzi hissələrini bildiyim halda, bu ittihamların absurd olduğunu bilirəm.

Mən sizə onun heç bir şeyi pozmadığını söyləmək üçün hüquqşünas və vəkil deyiləm. Amma o, bu hakimiyyətin gücü ilə siyasi səbəblərə görə həbsdədir. Çünki bu hakimiyyət avtoritardır və bu hökumətin onu mühakimə etməyə heç bir mənəvi haqqı yoxdur",- deyə Gürcüstanın dördüncü prezidenti Giorgi Margvelaşvili TV Pirveli Televiziyasının efirində Mixail Saakaşvilinin həbsdə qalması haqqında münasibət bildirərkən deyib.

Qeyd edək ki, Gürcüstanın üçüncü Prezidenti Mixail Saakaşvili oktyabrın 1 -də Tiflisdə həbs edilib. İndi o, aclıq elan etdiyi Rustavi 12 saylı cəzaçəkmə müəssisəsindədir.

GAXA.ge