UQTMŞ Sədri Daşqın Gülməmmədov M.Saakaşvili ilə bağlı Katalikos-Patriarx İkinci İlyaya xüsusi məktub göndərib

Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Sədri Daşqın Gülməmmədov Bütün Gürcüstanın Katalikos-Patriarxı İkinci İlyaya, Gürcüstanın eks-prezidenti, Milli Hərakat Partiyasının lideri Mixeil Saakaşvilinin həbsdə aclıq elan etməsi və həbsdən azad edilməsi üçün xüsusi məktub ünvanlayıb. GAXA-nın məlumatına görə, bu barədə Ukrayna Qarapapaq Türkləri Milli Şurası Mətbuat Xidmətindən məlumat verilib. UQTMŞ Sədri Daşqın Gülməmmədovun Bütün Gürcüstanın Katalikos-Patriarxı İkinci İlyaya göndərdiyi xüsusi məktubunda deyilir: “Bütün Gürcüstanın Katalikos-Patriarxı II İlyaya Zati-Aliləri, Sizi Qıpçaq kökənli Qarapapaq Türkləri adından salamlayıram və Sizə saglamlıq, uzun ömür və bütün dualarınızın Tanrı tərəfindən qəbul edilməsini diləyirəm! Yazaraq Sizdən xahiş edirəm ki, hazırda həbsdə olan, Gürcüstanın eks-prezidenti, dövlət xadimi Mixeil Saakaşvilinin azad edilməsi üçün imkanlarınızdan istifadə edəsiniz. Nəzərinizə çatdırım ki, Qıpçaqlar, Gürcüstan Çarı David Ağmaşenebelinin zamanında Gürcüstana gəlmişlər və Gürcüstan dövlətinin müdafiəsində cəsurluqla iştirak etmişlər. Qıpçaqların varisləri olan biz Qarapapaq Türkləri heç zaman Gürcüstanın taleyinə biganə qala bilmərik. Zati-Aliləri! Qeyd edim ki, Mixeil Saakaşvili adi gürcü ve adi pravoslav deyil. Onun Gürcüstan dövləti, Gürcü xalqı, müsəlmanlar və Gürcüstanda yaşayan türkdilli vətəndaşlar qarşısında böyük xidmətləri olmuşdur. Hazırda onun həbsxanada olması biz Qarapapaq Türklərini, eləcə də bir çox müsəlmanları ciddi narahat edir. Gürcüstanın birinci Prezidenti Zviad Qamsaxurdiya öldürüldü, qəbri neçə dəfə dəyişdirildi, digər Gürcüstan prezidenti Georgi Marqvelaşvili bir otel işlətməyə məcbur edildi. İndi biz Gürcüstan üçün böyük xidmət göstərmiş, Gürcüstan əhalisinin çox hissəsi tərfindən sevilən, müsəlman və türk dünyasında fəxr edilən 3-cü prezident Mixeil Saakaşvilinin həbsdə qalmasına, ola bilsin həbsxanada həyatını itirməsinə heç bir halda göz yuma bilmərik. Bu baş verərsə, Gürcüstan tarixi üçün böyük ləkə olacaq. Möhtərm Katalikos-Patriarx! Sizi bütün gürcülər, bir çox pravoslavlar və bir çox müsəlmanlar sevir və böyük ehtiram göstərirlər. Gürcüstanda heç bir şəxs, hətta vəzifəli şəxs sizin sözünü yerə salmağa cəsarət belə edə bilməz. Sizdən müsəlmanlar adından, Qarapapaq Türkləri adına xahiş edirəm ki, Mixeil Saakaşvilinin əfv edilməsi və həbsxandan azad edilməsi üçün Gürcüstan Prezidenti, xanım Salome Zurabişvili qarşısında məsələ qaldırasınız. Tanrı Sizi və Gürcüstanı qorusun! Tanrı bütün dualarınızı qəbul etsin!” Hörmətlə, UQTMŞ Sədri Daşqın Gülməmmədov 

GAXA.ge