AZƏRTAC-ın xüsusi müxbiri Gürcüstanın internet televiziyasında çıxış edib

Tbilisi, 28 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) Gürcüstan üzrə xüsusi müxbiri bu ölkədə geniş oxucu və tamaşaçı auditoriyasına malik 24news.ge internet televiziyasının “Sərbəst müzakirə” verilişinin qonağı olub.

AZƏRTAC-ın xüsusi müxbiri Xətayi Əzizov və Gürcüstanın gaxa.ge informasiya portalının baş redaktoru, Əməkdar jurnalist Nizami Məmmədzadə jurnalist Azər Məmmədovun Azərbaycanın 44 günlük Vətən müharibəsi barədə sualını cavablandırıb və fikirlərini bölüşüblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi