AZƏRTAC yazır: Gürcüstan KİV-ləri Azərbaycan Prezidentinin Anım Günü ilə bağlı xalqa müraciətinə geniş yer verib

Gürcüstanın aparıcı KİV-ləri Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 27 sentyabr – Anım Günü ilə bağlı xalqa müraciətinə geniş yer verib.

GAXA.ge saytı AZƏRTAC-a istinadən xəbər verir ki, gaxa.ge, report.ge, 24news.ge, interpress.ge, aktual.ge informasiya portallarında Azərbaycan Prezidentinin xalqa müraciəti, eləcə də bu müraciətdən hazırlanmış xəbərlər yayıblar.

Azərbaycan, gürcü, rus və ingilis dillərində yayılan xəbərlərdə Prezident, Müzəffər Ali Baş Komandanın fikirləri, 44 günlük Vətən müharibəsinin uğurlu nəticələri barədə fikirləri yer alıb.

Gürcüstan KİV-ləri bununla yanaşı, öz oxucularına 27 sentyabr-Anım Günü ilə əlaqədar bir sıra başqa maraqlı xəbərlər də çatdırıblar.

Bəzi Gürcüstan televiziyalarında da Anım Günü ilə əlaqədar qısa xəbərlər verilib.

Qeyd edək ki, xəbərin müəllifi  AZƏRTAC-ın xüsusi müxbiri Xətayi Əzizovdur.

GAXA.ge