Sabah Azərbaycan xalqı 44 günlük müharibənin ildönümündə də həmrəy olduqlarını bildirəcəklər

Sabah Azərbaycanda işğal altında olan torpaqların azad olunmasının ildönümü ölkədə təntənəli şəraitdə qeyd olunacaq. GAXA-nın məlumatına görə, bu əlamətdar gün- Anım Günü adlandırılıb. Həmin gün 44 gün davam edən müharibədə torpaqların azadlığı uğrunda canlarından keçən hərbçilər, bütün şəhidlər dərin ehtiramla yad ediləcək, onların ruhuna dualar oxunacaq.

Anım Günü ilə bağlı sabah Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edəcək.

Artıq bir necə gündür ölkədə Anım Gününə hazırlıqlar gedir. Paytaxtın bəzi küçə və prospektlərində eyvanlardan bayraqlar asılıb, hər bir vətəndaş 44 günlük müharibənin ildönümündə də həmrəy olduğunu bildirir.

Qeyd edək ki, sabah saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Xatırladaq ki, hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək. 44 günlük müharibənin ildönümünə həsr edilən Anım Günü xarici ölkələrdə də keçiriləcək.

GAXA.ge