Gürcüstanda 1132 yeni koronavirus hadisəsi aşkar edilib

Son bir gündə Gürcüstanda 1,132 yeni koronavirus hadisəsi aşkarlanıb, 2,956 xəstə sağalıb, koronavirusa yoluxmuş 30 xəstə ölüb. GAXA-nın məlumatına görə, bu barədə Milli Xəstəliklərə Nəzarət Mərkəzi məlumat yayıb.

Son 24 saat ərzində ölkədə 20 798 koronavirus testi aparılıb.

Dünən, sentyabrın 25-də Gürcüstanda 1597 yeni koronavirus hadisəsi aşkar edilib, 1189 xəstə sağalıb, 38 nəfər dünyasını dəyişib.

GAXA.ge