Saakaşvili mühacirlərə müraciət edib

Saakaşvili xaricdə yaşayan gürcü mühacirlərini Gürcüstana qayıtmağa çağırıb. "Mən də eyni şeyi edəcəyəm",- deyə bildirib. GAXA-nın məlumatına görə, Gürcüstanın keçmiş prezidenti ölkəyə çağırdığı mühacirlərə müraciət edib: “Xaricdə yaşayan gürcülərə müraciət etmək istərdim. İndi vaxtdır, kim bilet alıb Gürcüstana gələ bilərsə, gəlsin. İndi Gürcüstanın taleyi həll olunur. Mən də eyni şeyi edəcəyəm",- deyə Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili sosial şəbəkədə yayılan müraciətində bildirib.

Saakaşvili bildirib ki, sənədləri qaydasında olmayanlar qohumlarına zəng vuraraq, seçkiyə getmələrini söyləsinlər. Qoy heç kim əlini yanına sallamasın! Bu, həlledici bir zamandır! Dostlar, hamımız hər şeyi təxirə salmalıyıq, bütün hər şeyi yaxında olacaq qələbəyə yatırmalıyıq",-deyə Saakaşvili qeyd edib.

Saakaşvilinin izah edib ki, referendum günü yaxındır.

“Daxili sorğulara görə, “Gürcü Arzusu” hətta söylənilən 43%-ə yaxınlaşmır. Bu onlar üçün çox pis xəbərdir. Avropa Parlamenti seçkilərin yalnız daxili seçkilər olduğunu və onların Şarl Mişelin sənədindən çıxdıqlarını söyləmələrinə baxmayaraq, Avropa Parlamenti seçkilərə müşahidəçi heyəti göndərib. Bu, Avropa İttifaqının yerli tariix seçkilərdə rəsmən müşahidə etdiyi son tarixdə yeganə haldır. Onlar bilirlər ki, bu, təkcə yerli seçkilər deyil. Bu, hakimiyyət dəyişikliyinə dair referendumdur. Bütün müxalifət qüvvələrinə demək istəyirəm ki, indi birlikdə olmalı, xüsusilə, saxtalaşdırmaya qarşı vahid cəbhədə iştirak etməliyik. Gürcüstanda hakimiyyət dəyişdikdən sonra geniş bir koalisiya sazişi olmalıdır, bu keçid dövründə vəziyyəti birlikdə dəyişə bilməliyik",- deyə Saakaşvili bildirib.

GAXA.ge