Daşqın Gülməmmədovun evində axtarış aparılıb

Dünən ictimai fəal Daşqın Gülməmmədovun Qaçağan kəndindəki evində Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları axtarış aparıblar. GAXA-nın məlumatına görə, bu barədə D. Gülməmədov Facebook səhifəsində canlı yayım zamanı məlumat verib.

D. Gülməmmədov evində tapança tapıldığını və üstündə olan tapançanı isə polis şöbəsinə təhvil verdiyini və bu barədə müstəntiqə izahat yazdığını bildirib.

Gülməmmədov Marneuli Rayon Polis şöbəsinə aparılıb və gecə saatlarında sərbəst buraxılıb.

O, Facebook səhifəsində evində aparılan axtarış barədə ətraflı məlumat verib və dostlarına narahat olmamalarını bildirib. D. Gülməmmədov həmçinin, evində aparılan bu axtarışı ona qarşı yönəldilən təxribat olduğu haqqında polis şöbəsinin qarşısında etdiyi canlı yayımda çıxış zamanı məlumat verib.

D. Gülməmmədov özünə məxsus tapançanı ekspertiza edilmək üçün polis şöbəsinə təhvil verib.

GAXA.ge