Gürcüstanda 134 ton ağırlığında olan Fars hamamı digər əraziyə köçürülüb

Gürcüstanda tarixi abidə sayılan çəkisi 134 ton ağırlığında hesablanılan Fars hamamı tamamilə qaldırılaraq yeni bir yerə köçürülüb. GAXA-nın gürcü mətbuatına istinadən xəbərinə görə, ölkədə ilk dəfə 134 ton ağırlığında olan tarixi bir abidənin köçürülməsi həyata keçirilib. "Abulmugi" adlandırılan hamam  tərcümədə "Əbülmugi" də adlandırılır. Məlumatda hamam binasının XVII - XVIII əsrlərə aid edildiyi, fars üslübuna xas olan bir tikili olduğu haqqında məlumat verilir. Tikilini 1977-ci ildə Dmanisi bölgəsindəki tarixi Abulmugi kəndi ərazisində aparılan qazıntılar zamanı aşkar edilib.

Məlumatda bildirilib ki, hamam sahəsindəki qazıntılar zamanı Kraliça Rusudanın sikkəsi və Milli Muzeydə saxlanılan şüşəli keramika parçaları tapılıb.

Abidənin ilk bərpası 1970 -ci illərdə aparılıb, lakin 2018 -ci ilə qədər hamam artıq çox bərbad vəziyyətdə olub. Bina bitki örtüyünə bürünmüşdü, üstəlik, RMG mədən şirkətinin istehsal sahəsində yerləşirdi. Bu, tezliklə onun tamamilə məhv olmasına səbəb olacağı bildirilib. Məhz bu səbəbdən hamam tikilisinin köçürülməsi məqsədəuyğun hesab edilib.

Tikili haqqında məlumatı olan ziyalıların dediyinə görə, Dmanisi bölgəsində farslara məxsus tikili inşa edilməyib və tarixi abidənin kimə məxsus olduğu dəqiqləşdiriməlidir.

GAXA.ge