Tiflisdə görkəmli türk dramaturqu Əziz Nesinin “Öldür məni, əzizim” tamaşasının premyerası keçiriləcək

Heydər Əliyev adına Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrının aktyor və aktrisalarının iştirakı ilə görkəmli türk yazıçı və dramaturqu Əziz Nesinin “Öldür məni, əzizim” tamaşasının premyerası keçiriləcək. GAXA-nın məlumatına görə, bu barədə teatrın bədii rəhbəri Turqay Vəlizadə bildirib. T. Vəlizadə məlumat verib ki, tamaşanın premyerası sentyabrın 26-da saat 18:00-da Tiflisdəki Marcanişvili 8. küçəsindəki Kote Marcanişvili adına Dövlət Dram Teatrının kiçik səhnəsində keçiriləcək.

Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Giorgi Apxazavadır.

Tamaşada rollarda istedadlı aktrisalardan Aida Tağıyeva, Leyla Qasımova və aktyor Telman İsfahanlı iştirak edir.

T. Vəlizadə GAXA-ya açıqlamasında indən belə Heydər Əliyev adına Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrında maraqlı tamaşaların oynanılacağını bildirib.

Qeyd edək ki, tamaşa gürcü dilində də oynanılıb.

GAXA.ge