Ərdoğan Soçidə Putinlə görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmaq üçün sentyabrın 29-da bu ölkəyə səfəri gözlənilir.

GAXA-nın məlumatına görə, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.

“Prezidentimizin 29 sentyabr 2021-ci ildə Rusiyaya (Soçi şəhərinə) bir günlük səfəri gözlənilir”, - deyə məlumatda qeyd olunub.

GAXA.ge