Bu gün Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18 sentyabr Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur. GAXA-nın Azərbaycan mətbuatına istinadən məlumatına görə, bu gün Azərbaycan peşəkar musiqi sənətinin banisi, Şərqdə ilk operanın müəllifi, dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü ilə bağlıdır. Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 18 sentyabr tarixli Fərmanı ilə bu gün ölkə miqyasında qeyd edilir.

Bu il Ü.Hacıbəylinin anadan olmasının 135 illiyi tamam olur. Bu əlamətdar gün ilə əlaqədar Bakıda və Azərbaycanın müxtəlif bölgələrində tədbirlər keçirilir.

Əqli Mülkiyyət Agentliyi mütəmadi olaraq Azərbaycan xalqına məxsus olan musiqi əsərlərinin, folklor nümunələrinin hüquqi qorunması, onların mənimsənilməsinin və onlardan istifadə ilə bağlı hüquqların pozulmasının qarşısını almaq üçün müvafiq tədbirlər görür.

Milli Musiqi Günü münasibətilə Agentlik Azərbaycanda musiqi mədəniyyətinin inkişafında, zənginləşməsində və beynəlxalq səviyyədə tanıdılmasında və qorunmasında iştirak edən hər kəsi təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayır.

GAXA.ge