Sentyabrın 23-də İbrahim Tatlısəs konsert verəcək

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs 12 ildən sonra konsert proqramı ilə çıxış edəcək. keçirdiyi çətin 9 ildən sonra Star TV ekranlarında “İbo Show” ilə geri dönüş edən məşhur indi də açıq havada konsert verməyə hazırlaşır.

63 yaşlı Tatlısəsin konsertinin sentyabrın 23-də İstanbulda “Kuruçeşme Sahnesi”ndə keçirilməsi planlaşdırılır.

GAXA.ge