Marneulinin Alget kəndindən azərbaycanlı qız zorla qaçırılıb

Marneulinin Alget kəndində yaşayan gənc qız qaçırılıb. GAXA-nın məlumatına görə, 22 yaşlı Günel adlı qız anası ilə evə gedərkən naməlum şəxslər tərəfindən onlara hücum olunub və qızı zorla maşına mindirərək qaçırıblar. Hadisə zamanı maşının qarşısını kəsmək istəyən ağbirçək qadın maşının təkərləri altında qalıb və o, hadisə yerində keçinib. Kəndin içi ilə şütüyən maşın daha bir nəfərə xəsarət  yetirib.

Hadisə şahidlərinin dediyinə görə, baş verən cinayətlə bağlı hələlik iki nəfər saxlanılıb. Alget kəndinin sakinləri Marneuli Rayon Polis şöbəsinin qarşısına toplaşaraq polislərin səhlənkarlığına qarşı etirazlarıını bildirirlər.

Sakinlər polisin nədənsə törədilən cinayətə etinasız yanaşdığı barədə jurnalistlərə açıqlama veriblər. Qız qaçırılma "əməliyyat"ında 4 maşın olub.

Məlumata görə, cinayəti törədən şəxslər Rustavi şəhərində saxlanılıblar.

Hazırda polis idarəsinin qarşısında gərginlik yaranıb, hökumət nümyəndələrindən, parlamentin azərbaycanlı deputatlarından, seçkilərdə mer vəzifəsinə təqdim olunan namizədlər hadisəyə münasibət bildirməyiblər. 

Hadisə ilə bağlı araşdırma aparılır.

GAXA.ge