Sərhədyanı kənd olan Yırğançayda içməli su əl ilə daşınır

Gürcüstanın Dmanisi rayonunun azərbaycanlıların kompakt yaşadığı Yırğançay kəndində içməli su qıtlığı yaranıb. Kəndə su gəlmir. Sakinlər tərəfindən GAXA-ya verilən məlumata görə, əhali kəndə gələn yerli özünüidarəetmə seçkilərində deputat olmaq istəyən namizədlərin təqdimatı zamanı onlara içmək üçün su tapmayıblar.

Qeyd edək ki, Yırğançay kəndi Ermənitanla sərhəddə yerləşir. Kənddə heyvandarlığı inkişaf etdirmək üçün şərait yoxdur, mal-qara üçün otlaq sahələr bölünməyib. Gələcəkdə infrastruktur tikintilərindən dəm vuran namizədlər kənddə heç bir tikinti həyata keçirməyi planlaşdırmayıblar.

Sakinlərin bildirdiyinə görə, heç kim kəndin sosial vəziyyətini düşünmür. Kəndə tərəf uzanan yollar tamamilə bərbad vəziyyətə düşüb. Yaxın aylardan sonra dağlıq ərazidə olan kəndə qışın erkən gəlməyi sakinlərin boğazadək problemləri olacağı söylənilir. Kəndə istər rayondan, istərsə də qonşu kəndlərdən minik maşını çox çətinliklə gəlir. Əhali deputat olmaq istəyən namizədlərdən kəndin daxili yollarına asfalt çəkilməyini tələb edirlər. Sakinlər qeyd edirlər ki, qışda kənd daxilində hərəkət etməkdə çox çətin vəziyyətə düşürlər.

Dmanisiddə və ona qonşu olan rayon ərazilərindəki kəndlərə nəzər salanda ölkədə Yırğançay kəndinin ən acınacaqlı bir kənd olduğunu demək olar.

Yaxın vaxtlarda seçkilər keçiriməyi nəzərdə tutulur. Məlumata görə, namizədlər indidən əl-ayağa düşüb səs toplamağa can atırlar.Deyildiyinə görə, bəzi partiyaların nümayəndələri seçicilərə müəyyən qədər pul verib səs qazanmaq üçün dəridən-qabıqdan çıxır və yalançı vədlər verirlər.

Bu faktlar barədə GAXA-ya məlumat verən sakinlər seçicilərin bəzilərinə verilən pulun nə vaxtadək onların ailəsinə bəs edəcəyini bildiriblər.

“Biz səsimizi layiqli namizədə verməliyik. Elə namizədə səs vermək lazımdır ki, rahat yaşamağımız üçün kənddə infrastruktur tikintisi həyata keçirsin, bizi narahat edən problemləri həll etsin”,-deyə seçicilər açıqlayıblar.

GAXA.ge