Putin: "Üçüncü və ya dördüncü məşq zamanı burnumu qırdılar"

Rusiya prezidenti Vladimir Putin uşaqlıqdan boksla bağlı məşqləri haqqında danışıb və nə vaxt boksu tərk edib güləşə başlamaq qərarına gəldiyini xatırladıb. GAXA-nın məlumatına görə, Rusiya prezzidenti Putin Kremldə Olimpiya idmançılarına verdiyi müsahibədə açıqlayıb.

"Üçüncü və ya dördüncü məşq zamanı burnumu qırdılar",-deyə prezident bildirib.

Dövlət başçısı sadə bir ailədə böyüdüyünü, "həyətdə yaşadığını" xatırladıb.

“Heç yerə, heç bir həkimə getmədim. Amma buruna barmaqla da toxunmaq mümkün deyildi. Sonradan məlum oldu ki, burnumun qırıq olduğu məlum oldu. Sonra burnum sağaldı və qərara gəldim ki, mübarizəyə başlayım",- deyə prezident əlavə edib.

Putin cüdo və sambo üzrə idman ustasıdır. 2006 -cı ildə Avropa Cüdo Birliyinin Fəxri Prezidenti, 2010 -cu ildə Yongin Universitetindən Cüdo Diplomunun Fəxri Doktoru adını alıb. Dövlət başçısının karate üzrə qara kəməri də var.

GAXA.ge