Məscidin tikintisini məqsədyönlü olaraq dayandırılmasına göz yumanlar xalqımızdan səs istəyirlər!..

Bu yaxınlarda Milli Hərəkat Partiyasının sıralarına qoşulan Ayaz Məmmədov şəxsi facebook hesabında yeni yazı paylaşıb. Həmin yazını sizə təqdim edirik:
Əziz xalqım!

Marneuli Eparxiyasinin hörmətli yepiskopundan qorxub dovşan kimi bir müddət Tbilisidə yaşayan Gürcüstan parlamentinin deputatı Zaur Darğallının xalqa verdiyi yalançı vədlərin yerinə yetirilmədiyinin şahidi oluruq. Xalqın sözü həmişə düz olub. Z. Darğallı Kvemo Kartli bölgəsində qubernator müavini vəzifəsində çalışanda bölgədə 24 saat ərzində içməli su olacağını və hər bir kənddə, Marneulinin özündə də işıq olacağını demişdi. Hanı o içməli su? Bir az külək əsən kimi işıqlar da sönür. Sual olunur; seçicilərlə görüşlərdə verilən vədlərin aqibəti necə olacaq? Z. Darğallı demişdi ki, 2021-ci ilə kimi Marneulidə asfaltsız bir küçə qalmayacaq, 24 saat içməli su olacaq. Marneulidə isə gecə saatlarında içməli su verilir. Bu zaman sakinlər yatır, onların su verilməsindən xəbərləri olmur. Bütün bu nöqsanlar xalqı narahat edir. İndi Marneuli şəhərinin daxili yolları da bərbad vəziyyətdədir. Hətta bu yollarda tez-tez qəzalar da baş verir. Belə yalançı vədlər artıq hər il səs verməyə gedən seçiciləri bezdirib. Hər il belə vədlərə inanan şəhər sakinləri verilən səslərin nəticəsinin olmadığını deyirlər. Marneulidə asfaltsız küçələrdən qalxan toz-torpaq camaatın sağlamlığına zərər verir. Bu vədlər 2018, 2019, 2021-ci illər boyu davam edir. Mer vəzifəsini yarımçıq tərk edən və deputat seçilən Zaur Darğallı yenə də iştirak etdiyi görüşlərdə seçicilərin tələblərini qulaq ardına vuraraq yalançı vədlərindən qalmır. Təəccüblüdür ki, hər il Aşura günlərində sinə vuran, dinimizə inanmayan Z. Darğallı guya min illər bundan əvvəl öldürülən imamlara, din xadimlərinə şahidlik edir, əlini uzadıb onlara dua oxuyur, dindarların içində canfəşanlıq edir, xal qazanır. Amma o kəndlərimizdəki yoxsul, kimsəsiz, xəstə və yaralı insanlara yardım etməyi unudur. Məscidin tikintisini məqsədyönlü olaraq dayandırılmasına göz yumur! Onu da qeyd edim ki, Marneulidə təhsilimiz bərbad vəziyyətdədir. Hazırda təhsili, təlim-tərbiyə məsələlərini yox vəziyyətə gətirən Marneuli Təhsil Resurs Mərkəzinin keçmiş rəhbərini mer vəzifəsinə namizəd irəli sürüblər. Bu işin təşkilində Z. Darğallının rolu birbaşadır. Necə ki, Zabil Qocayevin Marneuli Təhsil Resurs Mərkəzinin sədr səlahiyyətlərini icra edərkən ona qarşı iddialar qaldırıldı və cəmiyyətimiz içində böyük qalmaqala və söz-söhbətə səbəb oldu. Təəccüblüdür ki, hələ də onu ora kim təyin etdirmişdir sualina heç bir məmur və səlahiyyətli şəxslər cavab vermədi. Bu il keçiriləcək seçkilərdə yalançı vədlərdən bezən seçicilərin 90%-i müxalifətə səs verəcəklərini bildirirlər. Məhz bu səbəblərə görə, saxta səslər olmasa, səs qutuları yalançı bülletenlərlə doldurulmasa, seçicilərin səsinin 43%-ə çatmayacağına inanıram. Sözsüz ki, seçki zamanı müxalifət və beynəlxalq təşkilatların nümayəndələri seçkinin gedişatını ciddi nəzarətə götürəcəklər. Baxın və düşünün! Reallıq budur!

GAXA.ge