ABŞ səfiri: Gürcüstanda demokratiyanı gücləndirmək üçün siyasi iradə yoxdur

Əgər Gürcüstanın siyasi liderləri həqiqətən də ölkədəki qütbləşməyə son qoymaq istəyirlərsə, bunun üçün yol xəritələri var. GAXA-nın məlumatına görə, bu sözləri ABŞ -ın Gürcüstandakı səfiri Kelli Deqnan deyib.

Amerikalı diplomatın sözlərinə görə, Qərbin vasitəçiliyi ilə tərəflərin əldə etdiyi razılaşma Gürcüstan demokratiyasının gələcəyi üçün zəruri olan bütün vacib islahatları ehtiva edir. Amma ölkənin sənədi həyata keçirmək üçün siyasi iradəsi yoxdur.

“Gürcüstanın siyasi liderləri birgə bir yol xəritəsi hazırladılar - demokratiya və iqtisadiyyatın gücləndirilməsi üçün həyata keçirilməli olan bütün vacib islahatları əks etdirən 19 Aprel müqaviləsi. Bunlar Gürcüstanın gələcəyi üçün vacib addımlardır. Bütün mexanizmlər hazırdır, Gürcüstanda demokratiyanın gücləndirilməsi prosesində başlanmalı olan bütün vacib islahatlar göz qabağındadır. Yalnız çatışmayan şey siyasi iradədir",-deyə Deqnan bildirib.

Xatırladaq ki, iyulun 28 -də hakim “Gürcü Arzusu” partiyası Şarl Mişel müqaviləsindən - Avropa Şurasının Prezidentinin vasitəçiliyi ilə hakimiyyət və əksər müxalifət tərəfindən imzalanmış daxili siyasi böhranın həllinə dair sənəddən çıxdığını elan edib.

GAXA.ge