İlin sonunda Gürcüstanın Baş naziri ilə Türkiyə Prezidentinin görüşü baş tutacaq

Türkiyə ilə güclü strateji tərəfdaşlığımız var və təbii ki, bu ölkə ilə dostluğa və əməkdaşlığa böyük diqqət yetiririk, GAXA-nın məlumatına görə, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Xarici İşlər Nazirliyinin on illik inkişaf planının təqdimatında çıxış edərkən deyib.

Hökumət başçısının sözlərinə görə, bu məqsədlə bir neçə il əvvəl intensivləşdiriləcək yüksək səviyyəli strateji dialoqa başlanılıb.

“Mənim Türkiyəyə uğurlu bir səfərim və Prezident Ərdoğanla görüşüm olub. Mənim təşəbbüsümlə bu ilin sonunda yüksək səviyyəli strateji görüşümüz baş tutacaq”, - deyə Qaribaşvili bildirib.

GAXA.ge