ABŞ öz vətəndaşlarına Gürcüstanın işğal olunmuş bölgələrinə getməməyi tövsiyə edib

 ABŞ Xəstəliklərə Nəzarətin Qarşısının Alınması Mərkəzləri (CDC) Gürcüstan üçün 4-cü Səviyyə turist sertifikatı verib. GAXA-nın məlumatına görə, ki, bu da ölkədə COVID-19-un çox yüksək yayılması deməkdir. Bu barədə ABŞ Dövlət Departamentinin Konsulluq Bürosu məlumat yayıb.

Eyni zamanda ABŞ Dövlət Departamenti Rusiyanın işğal etdiyi Gürcüstanın Cənubi Osetiya və Abxaziya bölgələrinə səfər etməmələri barədə xəbərdarlıq edib.

“Rusiya qoşunları və sərhədçilər Cənubi Osetiya və Abxaziyanı işğal ediblər. İnzibati sərhədlərin dəqiq yerini müəyyən etmək çətindir. İşğal olunmuş ərazilərə girmək çox güman ki, həbs olunmanız və ya cərimələnməyinizlə nəticələnəcək. Bölgədə hücumlar və cinayət hadisələri var. Piyada əleyhinə minalar hər iki ərazinin sərhədləri yaxınlığında səyahət edənlər üçün təhlükə yaradır.

ABŞ hökuməti Cənubi Osetiya və Abxaziyaya səyahət edən ABŞ vətəndaşlarına təcili xidmət göstərə bilməz, çünki ölkə rəsmilərinin ora getməsi qadağan edilib”,- deyə ABŞ Dövlət Departamentinin məlumatında bildirilib.

GAXA.ge