Gürcüstanda hərbi xidmətə payız çağırışı 2 avqustda başlayır

Gürcüstan vətəndaşların məcburi hərbi xidmətə payız çağırışı 2 avqust 2021-ci il tarixində başlayacaq və 25 dekabr 2021-ci il tarixinədək davam edəcək. GAXA-nın məlumatına görə, bu barədə müvafik fərman "Qanunvericilik Bülleteni"ndə dərc edilib.

Fərmana əsasən, Gürcüstan Müdafiə Nazirliyinin tələbinə uyğun olaraq, Gürcüstan Müdafiə Qüvvələrində çağırışçıların maksimum sayı 1400, Xüsusi Penitensiar Xidmətdə - 684 nəfər müəyyən edilib.

Məcburi hərbi xidmətə çağırılan 18-27 yaş arası vətəndaşların, Gürcüstan qanunvericiliyinə uyğun olaraq, hərbi xidmətdən təxirə salınmasını və ya azad edilməsini tələb etmək hüququ yoxdur.

GAXA.ge