Azərbaycan Ermənistanla sərhəddə atəşkəs elan edib

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, Bakı Rusiyanın Ermənistan sərhədində atəşin dayandırılması təklifi ilə razılaşıb. GAXA-nın mətbuata istinadən məlumatına görə, Bakı rəsmiləri bildiriblər ki, atəşkəsə baxmayaraq, Ermənistan tərəfi Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmağa davam edir.

Məlumat üçün bildirək ki, iyulun 28-də səhər Ermənistan-Azərbaycan sərhədində baş verən atışma zamanı Ermənistan tərəfdən üç hərbçi ölüb, ikisi isə yaralanıb.

Erməni tərəfinin sözlərinə görə, Azərbaycan birləşmələri geri çəkilən Ermənistan Silahlı Qüvvələrinin mövqelərinə hücumu dəf etməyə çalışıb.

Azərbaycan da öz növbəsində erməni tərəfini təxribatda ittiham edib və atəşkəs çağırışı edib. Qeyd edilib ki, sərhəddə baş verənlərdən İrəvan cavabdehdir.

GAXA.ge