Politoloq: Putin sərhəddə toqquşmanı dayandırmaq üçün hərəkətə keçə bilər

Xəbər verildiyi kimi ötən gün Ermənistan tərəfi atəşkəsi yenidən pozub. GAXA-nın Azərbaycan mətbuatına istinadən məlumatına görə, erməni təxribatı nəticəsində Azərbaycan Ordusunun bir hərbi qulluqçusu şəhid olub.

Maraqlıdır, bundan sonra mümkün vəziyyət necə olacaq? Məsələ ilə bağlı danışan politoloq Asif Nərimanlı sözügedən təxribatdan sonra mümkün iki ssenarinin olduğunu bildirib:

“Birinci ehtimal ondan ibarətdir ki, ikinci cəbhə Qarabağda açılacaq – Azərbayan erməni qoşunlarının çıxarılması üçün “məcburetmə” əməliyyatına başlaya bilər.

İkinci ssenari isə belədir ki, Putin sərhəddə toqquşmanı dayandırmaq üçün hərəkətə keçə bilər. Azərbayan-Ermənistan sərhəddinin Kəlbəcər istiqamətində Paşinyanın təklif etdiyi kimi “beynəlxalq müşahidəçilər” yox, Rusiya qoşunları (Ermənistan tərəfdən) yerləşdiriləcək”.

Politoloq üçtərəfli görüşün olacağını da istisna etməyib:

“Moskvada üçtərəfli görüş keçiriləcək və istisna deyil ki, masada yeni sərhəd müqaviləsi olacaq. Paşinyan isə sərhəd müqaviləsini imzalamaq üçün sərhəddə toqquşmalar və itkiləri daxili auditoriyada haqq qazanmaq üçün istifadə edəcək”.
GAXA.ge