Qərbi Gürcüstanda şiddətli leysan yağışlar fəsadlar törədib

Qərbi Gürcüstanda güclü leysan yağışlar Zuqdidi və Xobidə, Sameqrelo-Zemo Svaneti bölgəsinin digər kəndlərində fəsadlar törədib. GAXA-nın məlumatına görə, yağan şiddətli leysan yağışı səbəbindən Tiflis-Zuqdidi mərkəzi yolunda avtomobillərin hərəkəti çətinləşib. Təbii fəlakət Xobi bələdiyyəsinin kəndlərində də problemlər yaradıb. Məlumata görə, evlərin həyətyanı torpaq sahəsi, yaşayış evlərinin birinci mərtəbəsinə sel suları dolub.

Bildirilib ki, müvafq dövlət xidmətləri fəsadlar baş verən kəndlərdə olublar. Qeyd edilib ki, yaxın müddətlərdə təbii fəlakət nəticəsində dəyən ziyan yaradılan komissiyanın üzvlərə tərəfindən hesablanacaq.

GAXA.ge