Aralıq dənizində miqrantlarla dolu bir qayıq batıb

Türkiyənin cənub sahillərində miqrantları daşıyan qayıq dənizdə üzərkən suya qərq olub. GAXA-nın məlumatına görə, bu barədə Reuters Agentliyi məlumat yayıb.

Qayıqda 45 miqrant olub. Onların taleyinin necə olduğu barədə məlumat yoxdur. Türkiyə Müdafiə Nazirliyindən verilən məlumata görə, hazırda Türkiyə Sahil Mühafizəsi və Donanması xilasetmə əməliyyatı aparır. Dəniz sahilində küləyin əsməsi nəticəsində əmələ gələn fırtına donanma əməkdaşlarının əməliyyatı yerinə yetirməyə çətinlik törədir.

Məlumata görə, hər il Orta Şərqdən minlərlə miqrant Aralıq dənizi vasitəsilə Avropaya çatmağa cəhd edirlər. Onların əksəriyyəti fırtına nəticəsində dənizdə batır.

GAXA.ge