Tetriskaroda Manqlisi qəsəbəsinə təbii qaz verilib

Tetriskaro bələdiyyəsinin Manqlisi qəsəbəsinə təbii qaz verilib. GAXA-nın məlumatına görə, təbii qazı “SOCAR Georgia Gas” şirkəti dövlət proqramı çərçivəsində təmin edib. Bunun üçün 45 min 180 metr qaz xətti çəkilib və 1558 abunəçi təbii qazdan istifadə edəcək.

Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava jurnalistlərə açıqlamasında indiyədək Manqlisiyə təbii qazın çəkilmədiyini və bu işin dövlət proqramı çərçivəsi  nəzdində həyata keçirildiyini  bildirib.

Tədbirdə qeyd edilib ki, Kvemo Kartli bölgəsində 7870 abunəçinin olduğu 29 kəndə də təbii qazın çəkilməsi nəzərdə tutulub.

Manqlisi qəsəbəsinə təbii qazın verilməsi tədbirində Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili, “SOCAR Energy Georgia”nın baş direktoru Mahir Məmmədov, "SOCAR Georgia Gas"ın direktoru Azər Məmmədov, Gürcüstanın Qaznəqletmə Şirkətinin baş direktoru Mixeil Şalamberidze və yerli özünüidarəetmə orqanlarının nümayəndələri iştirak ediblər.

GAXA.ge