Marneulidə qətl hadisəsi baş verib; iki nəfər ölüb, ikisi yaralanıb

Marneulidəki Yuxarı Saral kəndində dünən Piriyevlər ailəsində dəhşətli qətl hadisəsi baş verib. GAXA-nın məlumatına görə, hadisə nəticəsində iki nəfər güllə ilə öldürülüb, ikisi yaralanıb. Qətli törədən gənc gecə saatlarında qaynatasının evinə hücum edib və qaynatasını və keçmiş həyat yoldaşını öldürüb və sonra həyat yoldaşının  üstündən maşınla keçib.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilib. Hadisə şahidlərinin bildirdiyinə görə, qətl zamanı şübhəli şəxs tapançadan atəş açıb.

Mövcud məlumatlara görə, faktla əlaqədar olaraq hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli bilinən şəxsi artıq saxlayıblar.

GAXA.ge