Tiflisdə heç kimin yaşamadığı binanın üst qatı yanıb

Tiflis Dövlət Opera və Balet Teatrının yanında, həmçinin Biltmore Otelin yaxınlığında yerləşən bir binanın üst qatını alov bürüyüb. GAXA-nın məlumatına görə, hadisə Laqidze küçəsinə yaxın tərk edilmiş bir binada baş verən yanğın zamanı iki nəfər yüngül yanıq xəsarətləri alıb.

Birinci Kanalının verdiyi məlumata görə, uzun müddətdir heç kimin yaşamadığı binada yanğının səbəbi hələ bilinmir. Faktla bağlı araşdırma aparılır.

Yanğınsöndürənlər bir neçə saat hadisə yerində çalışıblar və saat 23: 30-a qədər praktiki olaraq yanğının öhdəsindən gəliblər və yanğın mənbəyini lokallaşdırıblar.

Zərərçəkənlərə gəldikdə, onların yanıq yerləri yüngül olduğundan yerindəcə yardım aldılar.

GAXA.ge