Marneulinin Aşağı Saral kəndində tanınmış müğənni İbrahim Borçalının gənc yaşında vəfat edən oğlu Rəhimin ildönümü keçirilib

Bu gün Marneulinin Aşağı Saral kəndində tanınmış müğənni İbrahim Borçalının gənc yaşında avtomobil qəzası nəticəsində dünyasını dəyişən oğlu Rəhimin ildönümü keçirilib. GAXA-nın məlumatına görə, anım mərasimində ziyalılar , alimlər, dövlət təmsilçiləri və kənd sakinləri iştirak ediblər. Mərasimdə iştirak edən ziyalılar  İbrahim Borçalının öz sənətinə qayıtmasını  tövsiyə ediblər.
 
"SALAM" Xeyriyyə cəmiyyətinin sədri Maya Rəcəbova GAXA-ya açıqlamasında İbrahim Borçalı sənətinin Borçalıda çox sevildiyini bildirib və bu sənətin kədərə-qəmə baxmayaraq davam etdirilməsini vacib hesab edib: "Sən bizimləsən, biz səninləyik dəyərli qardaşımız. Bir daha başın sağ olsun. Axır qəmin olsun. Rəhim balamızın ruhu şad, məkanı cənnət olsun!"- deyə M. Rəcəbova bildirib.

GAXA.ge