Gürcüstanda məktəblərdə tədris 1 oktyabradək təxirə salınmağı tövsiyə edilib

BMT Baş katibinin müşaviri Gürcüstanda fəaliyyət göstərən məktəblərdə tədrisin oktyabr ayına qədər təxirə salmağı tövsiyə edib. GAXA-nın məlumatına görə, bu barədə açıqlamanı Facebook səhifəsində BMT Baş Katibinin Səhiyyə üzrə müşaviri, professor Giorqi Pxakadze verib. O, tövsiyəsində Gürcüstanda tədris ilinin 1 oktyabr tarixinə qədər təxirə salınmasını bildirib.

Müşavir Gürcüstan hökumətinə yeni pandemiya partlayışlarından qorxaraq ölkəni bağlamamağı, koronavirusla yaşamağı öyrənməyi tövsiyə edir.

"Tibbi maskalar bazar ertəsindən etibarən hər yerdə var. Məktəbləri 1 oktyabradək təxirə salın və qarışıq metodla oxumağa davam edin (məktəbdə şagirdlərin 30% -dən çoxu, 70% məsafədən)", - deyə Pxakadze qeyd edib.

Pandemiyanın başlanğıcından bəri, Gürcüstan hökuməti məktəblilərin məsafəli təhsilə keçməsinə qərar verib və epidemiya vəziyyəti yaxşılaşdıqca qarışıq bir model təklif edib - valideynlər məsafədən və əyani təhsil arasında seçim edə bildilər.

Gürcüstanda yeni tədris ili 15 sentyabrda başlayır.

GAXA.ge