Tiflisdə azərbaycanlı aktyor vəfat edib

Tiflisdə teatr sahəsində çalışan gənc aktyor Fazil Bayramov vəfat edib. GAXA-ya verilən məlumata görə, o, koronavirusdan dünyasını dəyişib. Gənc aktyor bir çox illərdir ki, Heydər Əliyev adına Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrında fəaliyyət göstərib. Fazil Bayramov Tiflisdə teatr səhnəsində həmişə oynadığı rollarda öz komik və istedadı ilə digər aktyorlardan fərqlənib və tamaşaçılar onu ürəkdən seviblər.

Məlumata görə, Fazil Bayramov koronavirus infeksiyasına yoluxub və müalicə olunarkən vəfat edib.

Allah rəhmət eləsin! Məkanı cənnət olsun! Yaxınlarına, qohumlarrına və teatrsevərlərə başsağlığı veririk!

GAXA.ge